Narkotik dövriyyəsində təqsirləndirilən şəxs 9 il azadlıqdan məhrum edilib

Narkotik dövriyyəsində təqsirləndirilən şəxs 9 il azadlıqdan məhrum edilib
# 21 oktyabr 2016 14:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Xandadaş Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən X. Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xadadaş Mirzəyev saxlanılıb. Onun üzərində heroin aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR