Şəkidə 31 yaşlı kişini ilan sancıb

Şəkidə 31 yaşlı kişini ilan sancıb
# 08 iyul 2018 17:27 (UTC +04:00)

Bu gün günorta saatlarında Şəkinin Şirinbulaq kənd sakini 1987-ci il təvəllüdlü Fariz Fərhad oğlu Səlimov ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, F. Səlimov ailəsinə məxsus torpaq sahəsində işləyən zaman ilan qəfildən onun sağ ayağın baldır nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fariz Səlimova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Fariz Səlimovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR