Bakıda 39 yaşlı kişi bıçaqlanıb - VİDEO

Bakıda 39 yaşlı kişi bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2015 01:07 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Nizami rayonunda əmiuşaqlarının mübahisəsi qanlı sonluqla nəticələnib.

APA-nın məlumatına görə, hadisə Keşlə qəsəbəsində baş verib. 39 yaşlı Rövşən Məmmədovla eyni həyətdə yaşayan əmisi oglu arasında mubahisə yaranıb. Mübahisə zamanı Rövşən Məmmədov əmisi oğlu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər Rövşən Məmmədovun qarın nahiyyəsindən bir bıçaq xəsarəti aldıgını bildiriblər.

Faktı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi araşdırır. Bölmədən APA-ya verilən məlumata görə, Məmmədovlar arasında şəxsi münasibətlər zəmnində tez-tez mübahisələr olur. Onlar sonuncu dəfə bir neçə gün əvvəl dalaşıblar.

Faktla bağlı araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR