Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Oktyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Oktyabr
# 24 oktyabr 2016 18:18 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Neftin bahalaşması koalisiyasının sıraları genişlənir. Səudiyyə Ərəbistanının israrlı mövqeyi, Venesuelanın aktiv diplomatik prosesə başlaması hasilatın dondurulması danışıqlarının uğurla başa çatacağı ehtimalını artırır. Vyanada müvafiq sənəd imzalanarsa, bu, qiymətlərin 10-20 dollar bahalaşmasına təsir göstərəcək.

Neftin qiymətlərinin 110 dollar səviyyəsinə çatacağını gözləmək olmaz, çünki o dövrdən fərqli olaraq, bazarda yeni oyunçu var. ABŞ şist inqilabı nəticəsində dünyanın əsas neft alıcısından hasilatçı ölkəyə çevrilib və bu imkanlarından bazara təzyiq vasitəsi kimi istifadə edir. Vaşinqton neftin bahalaşmasında maraqlı olmadığı üçün hasilatçı ölkələrlə ABŞ-ın ortaq məxrəcə gəlməsi mümkün deyil. Ona görə də Səudiyyənin müttəfiqi ABŞ-ı Vyana danışıqlarına dəvət etməməsi başadüşüləndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR