Atasını yandıraraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Atasını yandıraraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 21 noyabr 2017 09:11 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 81 yaşlı atasını yandıraraq öldürməkdə ittiham olunan İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Mehdiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror məhkəmədən onun 20 illik azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə bu il yanvarın 31-də Bakının Maştağa qəsəbəsində baş verib. Təqsirləndiriləm İlyas Mehdiyev ailə münaqişəsi zəminində atası İmdad Mehdiyevin üzərinə benzin tökərək, onu yandırıb.

İ. Mehdiyev hadisə yerində dünyasını dəyişib.

İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qətl törətmək) maddəsi ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR