QHT rəhbəri Kəmalə Ağazadənin cinayət işi məhkəmə baxışına verilib

QHT rəhbəri Kəmalə Ağazadənin cinayət işi məhkəmə baxışına verilib
# 07 may 2018 14:46 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilən sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi məsələsi müzakirə olunub.

Məhkəmənin qərarı ilə məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib.

Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR