Qazaxıstanda avtobusda 52 nəfərin ölməsi ilə nəticələnən yanğının səbəbi açıqlanıb

Qazaxıstanda avtobusda 52 nəfərin ölməsi ilə nəticələnən yanğının səbəbi açıqlanıb
# 18 yanvar 2018 11:18 (UTC +04:00)

Qazaxıstanda avtobusda yanğının baş verməsinin ilkin səbəbləri açıqlanıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisənin naqillərdə qısaqapanma nəticəsində baş verdiyi bildirilir.

Qazaxıstanın Aktobe vilayətinin Fövqəladə Vəziyyət üzrə Departamentindən verilən məlumata görə, avtobus həmçinin həddindən artıq yüklənmiş olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Qazaxıstanın İrqiz rayonunda sərnişin avtobusu yanıb. Hadisə nəticəsində 52 nəfər ölüb. Beş nəfər avtobusdan çıxa bilib. Sağ qalanlardan ikisi-avtobusun sürücüləri Qazaxıstan, qalanları Özbəkistan vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR