Daha 2 nəfər dəm qazından boğularaq ölüb

Daha 2 nəfər dəm qazından boğularaq ölüb
# 26 dekabr 2016 08:35 (UTC +04:00)

Azərbaycanda dəm qazı daha iki nəfərin həyatına son qoyub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərinin Təzə Corat qəsəbəsində yaşayan Vüqar İbadov evində dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, Göygöl şəhəri ərazisində yaşayan Vəfa Zeynalova evinin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR