Şirvanda MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində treninq keçirilib - FOTO - VİDEO

Şirvanda MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində treninq keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 avqust 2015 07:28 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Mərkəzi Seçki Komissiyasının (MSK) Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsi ilə əlaqədar növbəti treninq Şirvan şəhərində keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, tədbirdə 32 Dairə Seçki komissiyasının (DSK) məsul şəxsləri iştirak edib.

Şirvan Mədəniyyət evində keçirilən tədbirin açılışında MSK üzvü Qabil Orucov və Avropa İttifaqının eksperti Kristofer Şildz iştirak ediblər. Tədbirdə qurumlar arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan danışılıb.

Milli Məclisə seçkilərlə əlaqədar MSK-nın Avropa İttifaqı ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən treninqlərin mühüm əhəmiyyət daşıdığı və bu kimi tədbirlərin aşağı seçki komissiyaları üzvlərinin daha da maarifləndirilməsində xüsusi rol oynadığı vurğulanıb.

Sonra beynəlxalq ekspert və MSK üzvü tərəfindən parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar aparılıb. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqdə mövzularla bağlı ətraflı məlumat verilib, müzakirələr edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Layihə çərçivəsində həmçinin, namizədlərin qeydiyyatı proseduru ilə bağlı videoklip hazırlanması və beləliklə, namizədlər də daxil olmaqla, daha geniş auditoriyanın maarifləndirilməsi nəzərdə tutulub.


Bakıda avqustun 14-dən start götürən treninqlər Şirvandan sonra Gəncə və Şəki şəhərlərində keçirilməklə avqustun 19-dək davam edəcək. Treninqlərdə ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 aşağı seçki komissiyası rəsmisi iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR