Millət vəkili seçicilərini qəbul edib

Millət vəkili seçicilərini qəbul edib
# 02 dekabr 2016 14:27 (UTC +04:00)

Milli Məclisin deputatı Novruz Aslanov dekabrın 2-də seçicilərini qəbul etmək məqsədilə İsmayıllı rayonuna gedib.

Deputatın qərargahından APA-ya bildirilib ki, qəbul deputatın İsmayıllı şəhərində yerləşən qərargahında baş tutub. Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən şəxsi məişət problemləri və sosial yönümlü məsələlərdən ibarət olub. Bəzi məsələlər yerindəcə həll edilib, digərləri ilə bağlı deputat əlaqədar qurumlara müraciətlərin ediləcəyini bildirib.

Həmin gün millət vəkili rayon İcra Hakimiyyətinin başçısı ilə birgə Beynəlxalq əlillər gününə həsr olunmuş yığıncaqda da iştirak edib.

Məlumat üçün bildirək ki, Novruz Aslanovun 2016-cı il üçün deputatlıq fəaliyyəti barədə hesabatı hazırdır və bu günlərdə mətbuatda açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR