Gürcüstanda insan alverində şübhəli bilinən azərbaycanlı qadın saxlanılıb

Gürcüstanda insan alverində şübhəli bilinən azərbaycanlı qadın saxlanılıb
# 25 may 2018 08:43 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda insan alverində şübhəli bilinən qadın saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 1962-ci il təvəllüdlü L.Q. adlı şəxs sistematik olaraq insan alveri ilə məşğul olub. İstintaqla müəyyən olunub ki, saxlanılan qadın Marneulidə hotel tipli obyektdə müxtəlif yaşlı qızları psixi və fiziki zorakılığa məruz qoyaraq, onları cinsi istismara təhrik edib.

Saxlanılan şəxsi 12 ildən 15 ilədək həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR