Bərdədə müəllimə zorla qaçırılıb

Bərdədə müəllimə zorla qaçırılıb
# 18 yanvar 2018 10:18 (UTC +04:00)

Bərdə rayonunda müəllimə zorla qaçırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb.

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Hazırda rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Tural Zeynalovun atası İlham Zeynalov isə bildirib ki, oğlunun qız qaçıracağından xəbərsiz olub: “Amma həmin qızı sevdiyini əvvəlcədən bilirdik. Bu gün hər iki tərəfin ağsaqqalları bir araya gəldi. Qızın ailəsi kəndə gəldilər, ailəmizlə tanış oldular, qızları ilə görüşdülər. Qərara gəldik ki, övladlarımız ailə qursun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR