Xudatda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xudatda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 12 mart 2017 13:46 (UTC +04:00)

Bu gün günorta saatlarında Xudat şəhəri ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat-Yalama yolunda “Peugeot” markalı avtomaşınla “Mersedes” toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xudat şəhər xəstəxanasında ilkin tibbi yardımdan sonra hər üç şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR