Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin ətraf mühitin mühafizəsi ilə bağlı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1% və ya 3,1 mln. manat artaraq 77,7 mln. manat icra edilib.
"APA-Economics"in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.
Ətraf mühitin mühafizəsi ilə bağlı xərclər 97,9 mln. manat proqnoza qarşı 79,4% və ya 20,2 mln. manat kəsrlə icra edilərək illik proqnozun 28,2%-ni təşkil edib.
Cari ilin yanvar-iyun aylarında ətraf mühitin mühafizəsi ilə bağlı xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar ayında eyni, fevral, aprel və iyun ayında çox, mart və may ayında az icra edilib.