Dövlət Komitəsi: Gəncədə məcburi köçkünün yanan mənzili bərpa edilib

Dövlət Komitəsi: Gəncədə məcburi köçkünün yanan mənzili bərpa edilib
# 02 may 2018 14:42 (UTC +04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında baş verən yanğından sonra görülən işlərlə bağlı məlumat yayıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 25-də Gəncə şəhərində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında baş vermiş yanğın nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.


”Bununla əlaqədar olaraq komitə sədrinin tapşırığı əsasında qurumun əməkdaşları həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olub. Alıməmmədov Malik Hidayət oğlunun mənzili bərpa edilib və yanğın zamanı ailəyə məxsus əşyalara dəymiş ziyanın ödənilməsi qismən təmin olunub”, - deyə Dövlət Komitəsinin məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR