Ötən il Azərbaycanda 16 körpü, 15 piyada keçidi istifadəyə verilib

Ötən il Azərbaycanda 16 körpü, 15 piyada keçidi istifadəyə verilib
# 18 yanvar 2018 14:31 (UTC +04:00)

2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 15 ədəd, həmçinin Bakı şəhərində Pirallahı qəsəbəsini sahillə birləşdirən 422 m uzunluğunda yeni körpü tikilib, 9-u isə təmir edilib.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, hesabat ilində ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 15 ədəd yerüstü və yeraltı piyada keçidi tikilərək istismara verilib.

Bunlardan 10 yerüstü piyada keçidi M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, 2 yerüstü keçidi M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda və 1 yeraltı piyada keçidi Zaqatala şəhərində, 2 yeraltı keçid isə Bakı şəhərində Hüseyn Cavid və Nobel prospektlərində tikilərək əhalinin istifadəsinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR