Bakının 5 küçəsində piyada səkisi boyunca taktil döşəmələri vurulub

Bakının 5 küçəsində piyada səkisi boyunca taktil döşəmələri vurulub
# 03 dekabr 2019 22:25 (UTC +04:00)

“Son statistikaya əsasən hazırda Bakı şəhərində 130-dan çox küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb. İlkin mərhələdə bu işlər mərkəzi küçə və prospektlərdə icra olunub. Hazırda mərkəzdən kənar ərazilərdə, əlilliyi olan şəxslərin daha çox üz tutuğu sosial reablitasiya mərkəzləri ətrafında uyğun şəraitin yaradılması istiqamətində iş aparılır”.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılıb.

Reallaşdırılan daha bir layihə isə görmə imkanları məhdud vətəndaşlarımızla bağlıdır.

Artıq 5 küçədə piyada səkisi boyunca taktil döşəmələri vurulub.

Şəhərimizin ictimai nəqliyyat sistemində yenilik hesab edilən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də müyəssərlik tam formada təmin edilib. İstər perronlarda, istərsə də park ərazisində taktil döşəmələr vurulub.

Gözdən əlil vətəndaşların rahatlığı baxımından vacib olan məsələlərdən biri də xüsusi səs siqnalları ilə təchiz edilən svetoforlar quraşdırılmasıdır.

Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində əsasən isə bu qəbildən olan vətəndaşların daha çox istifadə etdiyi küçələrdə səsli svetoforlar quraşdırlıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR