Beşqat dünya çempionunun məhkəməsində şahidlər ifadə verib

Beşqat dünya çempionunun məhkəməsində şahidlər ifadə verib
# 05 mart 2019 15:25 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirmədə təqsirləndirilən kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Bəhruz Dilbazinin həyat yoldaşı Firəngiz Yusifova dindirilib.

O bildirib ki, hadisə zamanı orada olub və Ehram Məcidovun B. Dilbazini döydüyünü görüb: “Gördüm ki, əyilib nə isə götürdü və atamı döyməyə başladı. Mən mane olmağa çalışsam da bunu bacarmadım. Döyərkən barmaqlarına üzüyə oxşar bir neçə metal taxmışdı”.

Prosesdə E. Məcidovun uşaqları da ifadə veriblər. Onlar atasından qorxduqlarını və onu sevmədiklərini deyiblər.

Proses martın 7-də davam etdiriləcək.

İttihama görə, E. Məcidov qayınatası Dilbazi Bəhruzun yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.
Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub.

Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboksinq bölməsinin baş məşqçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR