Azərbaycan sement idxalını 72% artırıb

Azərbaycan sement idxalını 72% artırıb
# 21 iyul 2018 09:55 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 5 mln. 742,05 min ABŞ dolları dəyərində 24 190,67 ton sement idxal edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ilə müqayisədə 10 109,22 ton və ya 71,79% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 2 mln. 814,20 min dollar və ya 96,12% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 2 mln. 927,85 min dollar dəyərində 14 081,45 ton sement idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında sement idxalı Azərbaycanın ümumi idxalının 0,12%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR