Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağtala kəndində baş verib. Kənd sakini, 1978-ci il təvvəlüdlü Qeybullayev Oktay Abdulla oğlu kənd qəbirstanlığında özünü ağacdan asaraq intihar edib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.