Kür çayında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Kür çayında batan şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 06 iyul 2017 09:49 (UTC +04:00)

Kür çayında batan şəxsin kimliyi məlum olub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, həmin şəxs Gürcüstan vətəndaşı, 1994-cü il təvəllüdlü Pərviz Sahib oğlu Yusifovdur.

Onun çayın Gürcüstandan keçən hissəsində boğulduğu ehtimal edilir. Hazırda meyitin axtarışları davam etdirilir.

*** 08.31

Fövqəladə Hallar Nazirliyinin Böhran (FHN) Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Qazax rayonu, Birinci Şıxlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR