Türkiyədə terrorçular hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edib, yaralılar var

Türkiyədə terrorçular hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edib, yaralılar var
# 30 oktyabr 2016 21:37 (UTC +04:00)

Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, PKK terrorçuları binaya əldəqayırma qumbara atıb, iriçaplı silahlardan atəş açıblar.

Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb.

Yaralı polis əməkdaşları xəstəxanaya çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR