Yunanıstanda banklar fəaliyyətə başlasa da, məhdudiyyətlər davam edir

Yunanıstanda banklar fəaliyyətə başlasa da, məhdudiyyətlər davam edir
# 20 iyul 2015 10:47 (UTC +04:00)


Bakı. Faiq Mahmudov – APA. Yunanıstanda banklar 3 həftəlik fasilədən sonra bu gün fəaliyyətini bərpa edib.

APA-nın CNN-nə istinadən verdiyi xəbərə görə, banklar fəaliyyətini bərpa etsə də, bəzi məhdudiyyətlər qalmaqda davam edir.

Belə ki, nəğd pul şəklində banklardan gündəlik 60 avro çıxarmaq olar. Həftəlik limit isə 420 avro təşkil edir.

Eyni zamanda, bankdan pul çıxarmağa dair həftəlik limitindən istifadə etməyən şəxsin növbəti həftə üçün limit həddi yüksəldilməyəcək. Ölkə xaricinə pul köçürmələri hələlik mümkün deyil.


Xatırladaq ki, ölkədə bank sisteminin kollapsının qarşısını almaq məqsədilə Yunanıstanda banklar 3 həftə idi fəaliyyət göstərmirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR