“Azərbaycan regional əməkdaşlığın fəal iştirakçılarından biridir. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran və digər üçtərəfli əməkdaşlıq formatları da var”.
APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsi mövzusunda müzakirələr zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Kamil Xasıyev bildirib.
K. Xasıyev nəzərə çatdırıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Avrasiya İttifaqının üzvü deyil: “Biz Avropa İttifaqından Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin istismarına qarşı mövqe gözləyirik. Azərbaycanın işğal olunmuş ərazilərində Avropa İttifaqı ölkələrinin şirkətləri qızıl çıxarılması ilə məşğuldur. Biz bu məsələyə münasibət bildirilməsini istəyirik. Bu, nə dərəcədə düzgündür?!”
Kamil Xasıyev: “Avropa şirkətləri işğal olunmuş ərazilərimizdə qızıl hasilatı ilə məşğuldur”
08 may 2018 09:05 (UTC +04:00)
Xarici siyasət
XİN: Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır
20:03
19 may 2024
Latviya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO - YENİLƏNİB
19:21
19 may 2024
İran səfirinin Azərbaycan Respublikasındakı diplomatik missiyası başa çatıb
18:44
19 may 2024
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
14:53
19 may 2024