Azərbaycanın regionlarında genişzolaqlı xidmətlərin inkişafı üçün Hollandiya bankından kredit alınıb

Azərbaycanın regionlarında genişzolaqlı xidmətlərin inkişafı üçün Hollandiya bankından kredit alınıb
# 16 iyul 2015 08:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycanın regionlarında genişzolaqlı xidmətlərin inkişafı məqsədilə hazırlanan “Multimedia xidmətlərinin inkişafı” layihəsi üzrə “Amsterdam Trade Bank”dan 13,7 mln. avro kredit alınıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64 min nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98 min port tutumunun quraşdırılması və istismara verilməsi nəzərdə tutulur.

Qeyd olunan kommutasiya avadanlıqlarının istismara və abunəçilərin istifadəsinə verilməsi üçün layihəyə əsasən 221 km fiber-optik kabel çəkiləcək və montaj olunacaq, 34 min cüt abunəçi xətti, 68 800 metr kabel-kanalizasiya qurğuları tikiləcək.

Yeni quraşdırılan avadanlıqların şəbəkəyə rəqəmsal bağlantısını təmin etmək məqsədilə optik kabellər çəkilən, kabel-kanalizasiya qurğuları tikilib. Hazırda kommersiya satışına başlanılıb. İlin sonuna kimi 100 min portun istifadəyə verilməsi nəzərdə tutulur.

Layihə üzrə müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının satın alınması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb, avadanlıqlar təchiz edilərək şəbəkəyə qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR