Bank Of Baku

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1297-yə çatıb

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1297-yə çatıb
# 16 avqust 2021 03:11 (UTC +04:00)

Haitidə baş vermiş zəlzələ qurbanlarının sayı 1297 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “France-Presse Agence” ölkənin mülki müdafiə idarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, azı 5,7 min insan xəsarət alıb, onlardan 3,2 min nəfəri xəstəxanaya yerləşdirilib. Xilasedicilər dağıntılar altında qalan insanların axtarışlarını davam etdirir.

Qeyd edək ki, avqustun 14-də səhər saatlarında Haitidə 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri təxminən 125 min nəfər əhalisi olan Le-Ke kommunasından 40 km məsafədə, ocağı isə 10 km dərinlikdə yerləşib. Ən çox Cənub, Qrand-Ans və Nipp departamentləri zərər görüb. Hökumət bir aylıq fövqəladə vəziyyət elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR