Baş infeksionist Təyyar Eyvazov birinci və ikini dozalarda müxtəlif vaksinlərdən istifadə edilib-edilməməsi məsələsinə aydınlıq gətirib.
APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda baş infeksionist bildirib ki, bununla bağlı hələ tədqiqat yoxdur: “Sadəcə, Avropada belə bir təcrübə var. Amma çalışmaq lazımdır ki, tədqiqat olmayana qədər ən azı iki doza eyni vaksindən olsun”.