Bank Of Baku

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib - FOTO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib - FOTO
# 10 iyun 2026 13:27 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.

APA xəbər verir ki, media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada yaşayan uşaqlara göstərilən xidmətlərlə yaxından tanış olublar.

Mediaturda bildirilib ki, müəssisə 5-18 yaşlı əlilliyi olan və təhsilə cəlb olunmayan uşaqlara stasionar və yarımstasionar sosial xidmətlər göstərir. Burada sakinlər sosial-məişət, sosial-pedaqoji, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərə cəlb edilirlər. Eləcə də uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində iş aparılır.

Bildirilib ki, hazırda müəssisədə 173 uşağa xidmət göstərilir.

Müəssisənin direktoru Sevinc Məlikova jurnalistlərə bildirib ki, 200 nəfərlik müəssisə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına dəstək məqsədilə fəaliyyət göstərir.

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev deyib ki, ƏƏSMN-in tabeliyində fəaliyyət göstərən Agentliyin müəssisələrində xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara xidmət göstərilir. Hazırda Agentlik tərəfindən ümumilikdə 1000-dən çox uşaq stasionar və yarımstasionar formada müxtəlif xidmətlərlə təmin edilir. Onlardan 495 nəfəri əlilliyi olan uşaqlardır.

Müəssisənin loqopedi Səbuhi Soltanovun sözlərinə görə, gün ərzində müəssisədə 13-14 uşaqla loqopedik fəaliyyət icra olunur, ay ərzində isə bu say 40-60-ə qədər arta bilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR