ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edib
# 15 sentyabr 2017 03:39 (UTC +04:00)

ABŞ İranın 7 vətəndaşı və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.

“Bu tədbirlər hökumətin kütləvi qırğın silahının yayılmasına qarşı yönəlmiş 13382 saylı sərəncamına uyğun olaraq görülüb”, - deyə sənəddə bildirilir.

Sanksiya siyahısına daxil edilən fiziki şəxslər və şirkətlər İranın ballistik proqramına maliyyə, texnoloji və digər səviyyədə dəstək göstərməkdə, habelə kibercinayətlərdə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR