Qazaxıstanda snayperlərin yarışı keçiriləcək

Qazaxıstanda snayperlərin yarışı keçiriləcək
# 04 avqust 2017 14:29 (UTC +04:00)

Bu gün “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışları başlayacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki yarış günü ərzində snayperlər müxtəlif məsafələrdə hava hədəflərinin məhv edilməsi və digər bir sıra xüsusi tapşırıqları yerinə yetirəcəklər.

17 ölkənin komandalarının iştirak etdiyi yarışlar avqustun 9-da başa çatacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR