Azərbaycanlı diplomat Gürcüstan DİN-in xüsusi mərkəzi ilə tanış olub

Azərbaycanlı diplomat Gürcüstan DİN-in xüsusi mərkəzi ilə tanış olub
# 18 oktyabr 2017 09:09 (UTC +04:00)

Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri Daxili İşlər Nazirliyinin (DİN) Birgə Əməliyyatlar Mərkəzində olublar.

APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Vüqar Mustafayev də mərkəzin fəaliyyəti ilə tanış olub.

Görüşdə daxili işlər nazirinin müavini Şalva Xutsişvili qonaqları çoxfunksionallı mərkəzin fəaliyyəti ilə tanış edib: “Gürcüstana daha çox turist göndərən ölkələrin diplomatları ilə görüşmək bizim üçün çox vacibdir. Diplomatlar öz vətəndaşlarını Gürcüstanın təhlükəsiz ölkə olması barədə və Daxili İşlər Nazirliyinin bu sahədə problemlərin həlli üçün böyük resurslardan istifadə etməsi barədə məlumatlandırmalıdır”.

Diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndləri DİN-nin xüsusi mərkəzinin inzibati qanun pozuntularının müəyyənləşdirilməsi və nəqliyyat axınının idarə olunması üzrə fəaliyyəti ilə tanış olublar. Ş. Xutsişvili qonaqları noyabrın 1-dən etibarən bütün Gürcüstan üzrə “smart kamera”ların işə düşəcəyi və onların Birgə Əməliyyatlar Mərkəzi tərəfindən idarə olunacağı barədə məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR