“Moody's”: Azərbaycan hökumətinin fiskal siyasəti aşağı neft qiymətlərinin təsirini azaldacaq

“Moody
# 21 avqust 2017 07:50 (UTC +04:00)

“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitent və yüksək təminatsız borc reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib. Reytinq üzrə proqnoz “stabil”dir.

APA-Economics” reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, istiqrazlarına dövlət tərəfindən zəmanət verilən “Cənub Qaz Dəhlizi” QSC-nin də yüksək təminatsız borc reytinqi “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirilərək reytinq üzrə proqnozu “stabil”ə doğru dəyişdirilib.

Bildirilir ki, reytinqin aşağı salınması neft qiymətlərinin, ölkənin neft hasilatı potensialının azalması, o cümlədən zəif bank sisteminin təsiri ilə Azərbaycanın fiskal və iqtisadi qüdrətinin uzunmüddətli və əhəmiyyətli dərəcə zəifləməsini əks etdirir: “Bütün bu faktorlar inkişafa mane olmaqda və hökumət üçün maddi şərti öhdəlik riskləri yaratmaqda davam edəcək. Reytinq üzrə proqnozun stabil olması isə onunla əlaqədardır ki, reytinq agentliyi olaraq hökumətin bank sisteminə dəstək məqsədilə restrukturizasiya üçün və iri həcmi karbohidrogen layihələrinə verdiyi dövlət zəmanəti də daxil olmaqla, birbaşa borc və şərti öhdəliklərinin artmasının 2020-ci ilə qədər sabitləşəcəyini proqnozlaşdırırıq. Stabil proqnoz, həmçinin zamanla hökumətin fiskal siyasəti və Dövlət Neft Fondunun aktivlərini elə bir yolla idarə edəcəyini təsdiq edir ki, bu da neft hasilatında davam edən azalmanın və uzunmüddətli aşağı neft qiymətlərinin təsirini səmərəli şəkildə azaltmağa yardım edəcək”, - deyə məlumat da qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR