Azərbaycan prezidenti sloveniyalı həmkarına məktub göndərib

Azərbaycan prezidenti sloveniyalı həmkarına məktub göndərib
# 15 noyabr 2017 12:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sloveniyalı həmkarı Borut Pahora məktub göndərib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Sloveniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR