Gəncə sakini dərmandan zəhərlənərək ölüb

Gəncə sakini dərmandan zəhərlənərək ölüb
# 29 noyabr 2017 11:50 (UTC +04:00)

Gəncə şəhər sakini dərmandan zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Tudayev Teymur Bəxtiyar oğlu dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb. T. Tudayevin həddən artıq eyni tərkibli dərman həbi qəbul edərək zəhərləndiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR