Tailandın Azərbaycandakı fəxri konsulluğunda bayraqlar endirilib

Tailandın Azərbaycandakı fəxri konsulluğunda bayraqlar endirilib
# 14 oktyabr 2016 09:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova -APA. Tailand kralı Phumipon Adulyadetin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı fəxri konsulluğunda bayraqlar yarıya qədər endirilib.

Fəxri konsulluqdan APA-ya verilən məlumata görə, diplomatik nümayəndəlik xatirə kitabının açılması ilə bağlı təlimat gözləyir.

Qeyd edək ki, Tailand kralı 89 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR