Şamaxıda baş verən avtomobil qəzasında sürücü xəsarət alıb

Şamaxıda baş verən avtomobil qəzasında sürücü xəsarət alıb
# 09 iyul 2018 08:04 (UTC +04:00)

Şamaxı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisində qeydə alınıb.

Şamaxı sakini Ramil Həsənov 90-BV-187 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq kənardakı betona çırpılıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR