2022-сi ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 9,6 mln. manat vəsait ödənilib.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Qeyd edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,0 mln. manat və ya 0,1% daha çox vəsait xərclənməsi deməkdir.