Azərbaycanın dövlət başçısı “Microsoft” şirkətinin regional prezidentini qəbul edib - YENİLƏNİB

Azərbaycanın dövlət başçısı “Microsoft” şirkətinin regional prezidentini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 29 may 2018 13:51 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Filip Roqu qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə “Microsoft” şirkəti arasında səmərəli əməkdaşlığın aparıldığı bildirilib, bu təşkilatın Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrin önəmi qeyd olunub.

Filip Roq təmsil etdiyi şirkətin fəaliyyəti ilə bağlı məlumat verib.

Dövlət başçısı Azərbaycanda İKT sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkəmizdə bununla bağlı görülən işlərdən danışıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR