Mətnə video əlavə olunub.
***
18:55
Xəbərə fotolar əlavə edilib.
15:18
Şəmkirdə baş verən qəzada ölənlərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə iki avtomobilin toqquşması nəticəsində 1938-ci il təvəllüdlü İsgəndərova Gilas Bayram qızı və 1961-ci il təvəllüdlü Nağıyeva Familə Bəhram qızıdır.
Hələlik yaralıların adları məlum deyil. Yaralıların vəziyyətinin ağır olduğun görə onlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılır.
Faktla bağlı araşdırma aparılır.
***
14:27
Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yasamal aşırımında qeydə alınıb.
Hərəkədə olan “İnfinity” və “Ford” markalı maşınlar toqquşub. Qəza zamanı 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ölənlərin kimlikləri dəqiqləşdirilir.