İran qızılın hasilatını ildə 10 tonadək artırmağı planlaşdırır

İran qızılın hasilatını ildə 10 tonadək artırmağı planlaşdırır
# 07 avqust 2015 02:59 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ISNA agentliyi məlumat yayıb.

İranda zəngin qızıl yataqlarının olduğu ehtimal edilən 1200-dək sahə aşkarlanıb: “Biz İsfahan bölgəsindəki Tiran yaşayış məntəqəsinin yaxınlığında qızıl yataqlarının olduğu rayonlar aşkarlamışıq, lakin ehtiyatların həcmi hələlik müəyyən edilməyib”, deyə İranın geologiya və faydalı tapıntıların hasilatı təşkilatının sədr müavini Bəhruz Borna bildirib.

Onun sözlərinə görə, qızıl yataqları, ümumilikdə, İranın 21 bölgəsində aşkarlanıb, təsdiqlənmiş ehtiyatlar 340 ton həcmində müəyyən edilib.

Hazırda İranda qızılın hasilatı 15 şaxtada həyata keçirilir, yaxın zamanda daha bir şaxtanın istifadəyə veriləcəyi bildirilir. Hazırda illik hasilat 3 ton təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR