ABŞ Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edəcək

ABŞ Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edəcək
# 08 noyabr 2017 22:07 (UTC +04:00)

ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Senatdakı mənbə bildirib.

“Bəli, bu son rəqəmdir. Ukraynaya hərbi yardımla bağlı təklif Senat və Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq”, deyə mənbə bildirib.

Qeyd edək ki, hərbi yardımın verilməsi ilə bağlı yekun qərar Dövlət Departamenti və Pentaqon tərəfindən verilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR