Baş nazir: “Yaponiya BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb edəcək”

Baş nazir: “Yaponiya BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb edəcək”
# 29 avqust 2017 01:27 (UTC +04:00)

Yaponiya BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib.

“Şimali Koreyanın keçirdiyi ballistik raket sınaqları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edəcəyik”, deyə baş nazir bildirib.

Yaponiyanın xarici işlər naziri Taro Kono iclasın keçirilməsi üçün müvafiq prosedura start verildiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Şimali Koreyanın buraxdığı ballistik raket Yaponiya ərazisindən uçaraq Sakit okeana düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR