İpoteka istiqrazlarının 100 mln. manatlıq emissiyasının sonuncu tranşı yerləşdirilir

İpoteka istiqrazlarının 100 mln. manatlıq emissiyasının sonuncu tranşı yerləşdirilir
# 03 noyabr 2017 14:34 (UTC +04:00)

Noyabrın 8-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 25 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"APA-Economics" xəbər verir ki, istiqrazlar 1005,0833 manat qiyməti ilə satışa çıxarılacaq.


Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqustun 16-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.


Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR