Ağsu sakini həmyerlisini bıçaqlayıb

Ağsu sakini həmyerlisini bıçaqlayıb
# 20 mart 2018 20:04 (UTC +04:00)

Ağsuda gənclər arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu şəhərində qeydə alınıb. Rayon sakini, 1984-cü il təvəllüdlü Güləliyev Tural Ağa oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1982-ci il təvəllüdlü Cəlilov Cəlil Zakir oğlunu bıçaqlayıb. Zəlil Cəlilov Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR