Gələn il Milli Məclis iki beynəlxalq tədbirə ev sahibliyi edəcək

Gələn il Milli Məclis iki beynəlxalq tədbirə ev sahibliyi edəcək
# 23 noyabr 2017 09:41 (UTC +04:00)

Azərbaycanda 2018-ci ildə Milli Məclis ev sahibliyi ilə iki beynəlxalq tədbir keçirəcək.

APA-nın məlumatına görə, bunu spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci ilin büdcə müzakirələri zamanı deyib.

O qeyd edib ki, 2017-ci ildə xarici ezamiyyət üçün vəsait az olsa da, beynəlxalq tədbirlərdə Milli Məclis layiqincə təmsil olunub: “Azərbaycanda hələ indiyə qədər Milli Məclis tərəfindən hansısa qonağın layiqincə qəbul olunmaması halı olmayıb. Maliyyə Nazirliyi ilə heç bir problem yoxdur. Gələn il Parlament İttifaqı Gənclərinin toplantısı və ATƏT xətti ilə İpək Yolu dəstək proqramı üzrə 30 ölkənin iştirakı ilə tədbir keçiriləcək".

O. Əsədov bildirib ki, bunlar büdcədə nəzərdə tutulmasa da, əlavə tədbir kimi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR