Türkiyədə Polis İdarəsinə silahlı hücum nəticəsində 2 polis şəhid olub, 2 terrorçu məhv edilib - VİDEO

Türkiyədə Polis İdarəsinə silahlı hücum nəticəsində 2 polis şəhid olub, 2 terrorçu məhv edilib - <span style="color: red;">VİDEO
# 31 iyul 2015 06:58 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Adana vilayətində Polis İdarəsinə silahlı hücum olub. Nəticədə 2 polis əməkdaşı şəhid olub, 2 terrorçu isə məhv edilib.

APA-nın xəbərinə görə, vilayətin hadisə Pozantı rayon Polis İdarəsində qeydə alınıb. PKK terrorçuları idarəyə soxulmağa cəhd ediblər və polis onların silahlı hücumuna qarşılıq verib. Atışma zamanı 2 polis şəhid olub, 2 terrorçu öldürülüb, 2-si isə hadisə yerindən qaçıb.

Öldürülən terrorçulardan birinin üzərindən partlayıcı qurğu aşkarlanıb. Onun Polis İdarəsinə soxularaq, orada özünü partlatmaq istədiyi bildirilir. Hadisə yerinə çağırılan mütəxəssislər partlayıcı qurğunu zərərsizləşdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR