Pens: "Rusiya və Suriya kimyəvi silahların məhv edilməsinə dair razılaşmanı pozub"

Pens: "Rusiya və Suriya kimyəvi silahların məhv edilməsinə dair razılaşmanı pozub"
# 06 aprel 2017 03:28 (UTC +04:00)

Rusiya və Suriya kimyəvi silahların məhv edilməsinə dair razılaşmanı pozub, rəsmi Moskva və Dəməşq üzərilərinə götürdükləri öhdəliklərə əməl etməyiblər.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens “Fox News” telekanalına müsahibəsində bəyan edib.

“Bizə deyirdilər ki, kimyəvi silahların məhv edilməsinə dair razılaşma mövcuddur, artıq Suriyada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməyəcək. Lakin bu baş vermədi. Ötən gün İdlibdə baş verənlər dəhşətdir”, deyə M.Pens qeyd edib.

O həmçinin bildirib ki, Obama administrasiyası Əsəd rejiminin zorakılığına müqavimət göstərməkdə aciz qalıb, eyni zamanda Rusiya və Suriyanı üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə məcbur edə bilməyib.

Qeyd edək ki, ötən gün Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi barədə məlumatlar yayılıb. Nəticədə 58 nəfər, o cümlədən 11 uşağın öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR