MBNP Strateji Yol Xəritələrinin icrası ilə bağlı iclas keçirib

MBNP Strateji Yol Xəritələrinin icrası ilə bağlı iclas keçirib
# 19 mart 2018 09:56 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.

Palatadan "APA-Economics"ə verdiyi məlumata görə, MBNP-nin Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələri üzrə müəyyən edilmiş Əməliyyat Planında icrası fevral və mart aylarında bitən tədbirlər müzakirə edilib. Bu çərçivədə Yol Xəritələrinin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin qurulması istiqamətində görülmüş işlər barədə geniş müzakirə aparılıb. Bildirilib ki, reyestrin fəaliyyətə başlaması maliyyə xidmətlərinə çıxış imkanlarının artmasına müsbət töhfə verəcək.

Aylıq əsasda keçirilən strateji yol xəritəsinin icrası ilə bağlı iclasda növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq təklif və tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR