Braziliyada həbsxanada qiyam nəticəsində ölənlərin sayı 60-a çatıb

Braziliyada həbsxanada qiyam nəticəsində ölənlərin sayı 60-a çatıb
# 03 yanvar 2017 01:37 (UTC +04:00)

Braziliyanın Manaus şəhərində həbsxanada baş verən qiyam nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə "Globo" telekanalı xəbər verib. Bundan əvvəl qarşıdurma zamanı 50 nəfərin öldüyü bildirilirdi.

İlkin ehtimala əsasən, qiyam dustaqlar arasında baş verən qarşıdurma nəticəsində baş verib.

Bu arada Manaus şəhərində yerləşən digər həbsxanada da qiyam baş verdiyi bildirilir. Zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR