Türkiyə S-400 komplekslərini əldə etmək üçün Rusiyadan kredit ala bilər

Türkiyə S-400 komplekslərini əldə etmək üçün Rusiyadan kredit ala bilər
# 18 iyul 2017 23:11 (UTC +04:00)

S-400 zenit-raket sistemlərinin Türkiyəyə tədarükünə dair saziş üzrə texniki məsələlər artıq həll olunub, yalnız inzibati məsələlər qalmaqdadır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rostex”in baş direktoru Sergey Çemezov bildirib.


“ Texniki məsələlər həll edilib, yalnız inzibati məsələlər qalıb. Türkiyə və Rusiya hökumətləri qərar qəbul etməlidirlər. Hazırda Maliyyə Nazirliyi ilə danışıqlar aparılır, bu layihə üçün lazımi vəsaitlərin müəyyən hissəsini, çox güman ki, Türkiyə özü tapacaq, bir hissəsini isə kredit şəklində əldə edəcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, 3 mlrd. dollar dəyəri olduğu bildirilən bu saziş “Rosoboroneksport”un ən iri layihəsi ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR